"Bioloji Təbabət"in rəhbəri jurnalistlərə hücum etdi - VİDEO

16:39 21.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Baku TV-nin çəkiliş qrupu Nəsimi rayonu ərazisində yerləşən "Bioloji Təbabət" Klinikasının qarşısında hücuma məruz qalıb.

Hafta.az xəbər verir ki, canlı bağlantıdan sonra çəkiliş davam etdirilən zaman klinikanın rəhbəri media əməkdaşlarına yaxınlaşaraq zorakılıq edib, çəkilişə mane olub.

Görüntülərdə həmin şəxsin kameraya zərbə vurduğu, avadanlığın bir hissəsini sındırdığı və operatora xəsarət yetirdiyi əks olunub.

Baku TV əməkdaşları baş verən hadisə ilə bağlı aidiyyəti qurumlara müraciət ediblər.